Abşeronda iki nəfər dəm qazından ölüb, bir nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Bu barədə 31 yanvar tarixində APA məlumat verib.
Hadisə Saray qəsəbəsində qeydə alınıb. 1960-cı il təvəllüdlü Yusifov Siyasət Mirzə oğlu və 1963-cü il təvəllüdlü Alıyev Kamil İsmayıl oğlu kirayə qaldıqları evdə boğularaq ölüblər.
Hadisə zamanı zəhərlənən 1968-ci il təvəllüdlü Ağayev Zamin Rəfi oğlu Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, hər üç şəxs bina tikintisində çalışırdılar. Onlar birgə kirayədə yaşayırdılar.