Abşeron rayonunun Saray qəsəbəsində bir neçə gün əvvəl iki nəfəri avtomobillə vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb. Bu barədə 10 yanvar tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Hadisə zamanı naməlum sürücü idarə etdiyi “Mersedes” markalı avtomobillə əvvəlcə kişi piyadanı, daha sonra isə yetkinlik yaşına çatmayan bir qızı vurub. Xəsarət alan birinci piyada xəstəxayana yerləşdirilib, amma yetkinlik yaşına çatmayan şəxs aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib. Sürücü qəzadan sonra piyadalara heç bir köməklik etmədən hadisə yerindən uzaqlaşıb.
Qəzanı törətməkdə şübhəli bilinən "Mercedes" markalı avtomobilin sürücüsü Qafarxan Qafarov tutularaq istintaqa təqdim edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.