Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsi ərazisində müvafiq icazəverici sənədlər olmadan tikinti işlərinin aparılmasının qarşısı alınıb. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 2 dekabr tarixində xəbər verir.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, göstərilən məsələ ilə əlaqədar FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən görülmüş müvafiq tədbirlərlə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə tikilməkdə olan qanunsuz obyektlərin sökülməsi təmin edilib.
[caption id="attachment_96505" align="alignnone" width="640"]
Foto FHN-nin rəsmi Youtube kanalı[/caption]