Abşeron rayonunun Digah qəsəbəsində qardaş bacısına şüşə parçası ilə xəsarət yetirib. Bu barədə 14 mart tarixində Report məlumat verib.
Məlumata əsasən, Talışov Tofiq aralarında yaranan ailə münaqişəsi zəminində bacısı Talışova Cəmaləyə şüşə parçası ilə xəsarət yetirib.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol saidin kəsilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.