Abşeronda bir nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib. Bu barədə məlumatı 17 yanvar tarixində Report-a istinadən veririk.
Hadisə Xırdalan şəhərində baş verib. Məlumata əsasən, avtomobil yolu keçən 1962-ci il təvəllüdlü Məmmədov Elman Məmməd oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.