Mobil telefonları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə 16 dekabr tarixində Daxili İşlər Nazirliyi məlumat verib.
Abşeron RPİ əməkdaşları əməliyyat tədbiri keçiriblər. Nəticədə müxtəlif vaxtlarda iki nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş S.İsmayılzadə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.