Abşeron rayonunda yaşayış evində partlayış olub. Bu barədə 25 yanvar tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Partlayış bu gün səhər saatlarında rayonun Görədil kəndində, fərdi yaşayış evində baş verib.
Məlum olub ki, vətəndaşa məxsus fərdi yaşayış evinin həyətində ümumi sahəsi 360 kvadratmetr olan ikimərtəbəli köməkçi tikilinin birinci mərtəbəsində yerləşən mətbəxində ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla müşahidə edilməyən partlayış baş verib.
Hadisə nəticəsində mətbəxin qapı-pəncərəsi çərçivədən çıxıb, lambirdən ibarət tavanı dağılıb. Partlayış dalğasının təsirindən yaxınlıqda olan ikimərtəbəli evin pəncərə şüşələri sınıb.
Partlayış nəticəsində xəsarət alan olmayıb.