Abşeron rayonundakı quşçuluq fabrikində yanğın olub. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Fabrikin ərazisində ümumi sahəsi 1600 kv.m olan sexin dam örtüyünün taxta atmaları 50 kv.m sahədə, içərisindəki avadanlıqlar və yerə səpələnmiş saman yanıb.
Hadisə yerinə FHN əməkdaşları cəlb edilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Sexin qalan hissəsi yanğından mühafizə olunub.