Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı əfv sərəncamı imzalanacaq. Bu barədə 25 yanvar tarixində Report məlumat verib.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, artıq Əfv Komissiyasının üç iclası keçirilib: “360-dan çox sənədə baxılıb. Düşünürəm ki, iclaslar may ayına kimi davam edəcək”.