Ağdam rayon sakini həmyerlisini küt alətlə vuraraq ona xəsarət yetirib. Bu barədə 22 dekabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Ağdam Rayon Mərkəzi Xəstəxanasından rayon sakini E.Məmmədovun kəllə-beyin travması alması ilə bağlı Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Belə ki, rayon sakini Şahin Hüseynovun işlədikləri obyektdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı həmyerlisinə küt alətlə vuraraq xəsarət yetirdiyi müəyyən edilib.
Ş.Hüseynov saxlanılaraq barəsində cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.