Ağdamda 30 il əvvəl öldürülərək basdırıldığı ehtimal olunan insan sümükləri aşkarlanıb. Bu barədə 23 noyabr tarixində Report məlumat verib.
Bildirilib ki, işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində aparılan qazıntılar zamanı oradan insan sümükləri aşkar olunub.
Onların 1992-ci ildə öldürülərək basdırılması ehtimal olunur.
Sümüklər kimə aid olmasının müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizasına təhvil verilib.