Ağdamda qadın öldürülüb. Bu barədə 21 dekabr tarixində Report məlumat verib.
Hadisə gecə 03:00 radələrində Ağdam rayonunun Təzəkənd qəsəbəsi ərazisində baş verib. 37 yaşlı Tünzalə İbadovanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, hadisə şəxsi münasibətlər zəminində baş verib. Əri, 48 yaşlı Sahib İbadov yaranmış münaqişə zamanı qadına kəsici-deşici alətlə xəsarətlər yetirib.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Sahib İbadov şübhəli şəxs qismində tutulub. İş üzrə ibtidai istintaq davam etdirilir.