Ağdam rayonunda yanğın baş verib. Bu barədə noyabrın 9-da Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə Quzanlı qəsəbəsində qeydə alınıb. Nəticədə həyətyanı sahəyə yığılan 2 ton ot bağlamasının 1 tonu kül olub.
Həmçinin yaxınlıqda olan tövlənin pəncərəsi yanıb.
Ot bağlamalarının və tövlənin qalan hissəsi alovdan mühafizə olunub. Yanğın söndürülüb.