Ağırlıqqaldırma üzrə Azərbaycan millisi hazırda Gürcüstandadır, millimiz bu gün Vətənə qayıdacaq. Bunu Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev bildirib.
Bu barədə 15 aprel tarixində Report məlumat verib.
"Azərbaycan nümayəndə heyəti avtobusla Ermənistanı tərk edərək Gürcüstana daxil olub", - deyə o əlavə edib.
Nazirlik sözçüsü bildirib ki, komandanı Tbilisidən Bakıya gətirəcək təyyarə bu axşam saat 21:20-də Vətənə çatacaq.