Ağırlıqqaldırma üzrə Azərbaycan millisi artıq İrəvanı tərk edib. Bu barədə 15 aprel tarixində Report məlumat verib.
Məlumata əsasən, Azərbaycan nümayəndə heyəti artıq sərhədi də keçib.
Xatırladaq ki, Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı dizayner Aram Nikolyan səhnəyə qaçaraq milli simvolumuzu götürüb və onu yandırıb, ardınca da zaldan qaçmağa çalışıb. Bu vandalizmlə əlaqədar Azərbaycan yığma komandası yarışda iştirakdan imtina edib. Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi birgə bəyanat yayıb və buna səbəb kimi Ermənistanın təhlükəsizliyi təmin etməməsini göstərib.