Ağstafada yol qəzası ölümlə nəticələnib. Bu barədə Report 27 fevral tarixində xəbər verib.
Bakı-Qazax magistral yolunun Ağstafa rayon Dağ Kəsəmən kəndindən keçən hissəsində “VAZ-21099” markalı avtomobil yük maşını ilə toqquşub.
Nəticədə Dağ Kəsəmən kənd sakinləri - 36 yaşlı Orxan Rzayev və onun həmyaşıdı Məhəmməd Xəlilov hadisə yerində dünyalarını dəyişiblər.
Faktla bağlı araşdırma aparılır.