Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Laçın istiqamətindəki mövqelərini atəşə tutması nəticəsində şəhid olan hərbçi Elşad Qabil oğlu Həsənovla Ağstafada vida mərasimi keçirilir. Bu barədə APA 12 aprel tarixində xəbər verib.
Şəhidin nəşi doğulduğu Xətai kəndinə, yaşadığı evə gətirilib.
Şəhidlə vida mərasimində yaxınları, ictimaiyyət nümayəndələri iştirak edirlər. Şəhid kənd qəbiristanlığında dəfn ediləcək.
Elşad Həsənov 3 ay əvvəl ailə qurub.
Xatırladaq ki, aprelin 11-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini atəşə tutması nəticəsində 3 hərbçimiz şəhid olub, yaralananlar var.
[caption id="attachment_112156" align="alignnone" width="696"]
Foto Apa.az saytı[/caption]