Ələt-Astara avtomobil yolunun Masallı rayonunun ərazisindən keçən 131-ci kilometrliyində ağır qəza baş verib. Bu haqda məlumatı İnsanoid bu gün 23 dekabr tarixində Daxili İşlər Nazirliyinə istinadən verir.
Hadisə gecə saat 03:30 radələrində baş verib. Lənkəran rayon sakini Ş.Fərəcovun idarə etdiyi “Kia Sportage” markalı və Astara rayon sakini R.Nəsirovun idarə etdiyi “Kamaz” markalı yük avtomobilləri toqquşub. Nəticədə “Kia Sportage” markalı avtomobildəki sərnişinlər - Ə.Fərəcova və azyaşlı oğlu A.Fərəczadə ölüb, sürücü Ş.Fərəcov isə bədən xəsarəti alaraq, Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.