Azərbaycanlı gənc musiqiçilər Albaniyada beynəlxalq müsabiqədə qalib gəliblər. Bu barədə İnsanoid bu gün, 28 noyabr tarixində xəbər verir.
“Mamagama” qrupu Albaniyada keçirilən “Kënga Magjike” müsabiqəsində çıxış edib. Qrup üzvlərindən Asəf Mişiyev (Safael) və Roman Zilyanevin (Roman Zee) ifa etdikləri "Dreamer" mahnısında Azərbaycanın milli motivləri səslənib.
Gənclər "Best International New Artist" nominasiyasına layiq görülüblər.