Əli Cavad oğlu Əhmədov “Şərəf” ordeni ilə təltif edilib. Bununla bağlı İnsanoid Prezidentin Mətbuat Xidmətinə istinadən bu gün, 26 yanvar tarixində xəbər verir.
İlham Əliyevin imzaladığı Sərəncama əsasən, o, Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif olunub.
Ə.Əhmədov 1953-cü il yanvarın 27-də anadan olub. Sabah onun 70 yaşı tamam olur.
Ə.Əhmədov Yeni Azərbaycan Partiyası Sədrinin müavini və Azərbaycan Baş nazirinin müavini vəzifələrində çalışır.