Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Əli Şamil oğlu Həsənov “Şərəf” ordeni ilə təltif edilib.
Bununla bağlı 11 aprel tarixində Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Cavanşir Hümmət oğlu Paşazadə “Şərəf” ordeni ilə təltif edilib.
Qeyd edək ki, aprelin 10-da Ə.Həsənovun 75 yaşı, aprelin 12-də isə C.Paşazadənin 70 yaşı tamam olur.