“Baytarların və komandamızın bütün səylərinə baxmayaraq, balaca qızımızı xilas edə bilmədik. Bu gecə sonuncu dəfə gözlərini yumdu”. Bunu 5 aprel tarixində Azərbaycanda ilk alpaka ferması İnstagram səhifəsində paylaşaraq bildirib.
“Amma dünya möcüzələrlə doludur…Hadisədən bir neçə dəqiqə sonra fermamızda sağlam və çox gözəl erkək alpaka dünyaya gəldi!”, - paylaşımda bildirilir.
Qeyd edək ki, bir neçə gün öncə fermada dünyaya gələn dişi alpakada doğuşdan sonra ağciyərlərdə ciddi problemlər aşkarlanmışdı.
View this post on Instagram