“Qorqud” ansamblının fəaliyyətinə xitam verilib. Bu barədə Report 15 fevral tarixində xəbər verib.
Bu barədə qərar Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclasında qəbul edilib.
Belə ki, AMEA-nın Rəyasət Heyətinin 16 yanvar 2023-cü il tarixli qərarına əsasən, Folklor İnstitutunun Musiqi folkloru şöbəsi ləğv edildiyi üçün institutun Elmi şurasının qərarı ilə “Qorqud” ansamblının da fəaliyyətinə xitam verilib.