Sumqayıtda ödəmə terminalından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bu gün, 29 mart tarixində xəbər verir.
Belə ki, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il dekabrın 22-nə keçən gecə 6-cı mikrorayon ərazisindəki apteklərin birində quraşdırılan ödəmə terminalından 2775 manat pul oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini İsmayıl Muradov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.