top
Arif Rəhimzadə: “Türk dili desəydik, talışlar, ləzgilər, yəhudilər, dağlılar inciyəcəkdilər”
08 iyun 2025, 23:41
- ↺ +

Arif Rəhimzadə: “Türk dili desəydik, talışlar, ləzgilər, yəhudilər, dağlılar inciyəcəkdilər”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Bizim tanınmış yazıçılarımız, ziyalılarımız hesab edirdilər ki, bizim dilimizin adı "Türk dili" yazılmalıdır. Amma bu belə deyil”.

Bu sözləri modern.az-a müsahibəsi zamanı Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədri Arif Rəhimzadə deyib.
O qeyd edib ki, bir dəfə mətbuatda çıxışında "doğrudur, etnik cəhətdən türkük, ancaq bizim dilimiz Azərbaycan dilidir" deyib və onun bu fikri səs-küyə səbəb olub:
“Mənim üstümə bir səs-küy qaldırdılar. Bir qadın var - adını deməyəcəm, indi də deputatdır, əsaslı dəlil gətirə bilmirdi, dedi ki, bunun anası ermənidir”.

A.Rəhimzadə bildirib ki, konstitusiya birdəfəlik yaradılmış qanun deyil və ona düzəlişlər edilir:

“Bu müddət ərzində bir neçə dəyişikliklər edilib. Konstitusiya diri, hərəkətdə olan sənəddir. O sənədə vaxtaşırı əlavələr, dəyişikliklər edilir. Azərbaycan balaca ölkədir və cəmi 10 milyon əhalisi var. Belə bir şəraitdə ikipalatalı parlament yaratmaq düzgün deyil. O vaxt da bunun tərəfdarları olmayıb. Həmin dövrdə dil məsələsini qoymuşdular, böyük mübahisələr oldu. 1936-cı ildə SSRİ Ali Sovetinin sessiyası olub. Onda Stalin Azərbaycan nümayəndə heyətini qəbul edərək deyib: “Ermənistanda ermənilər yaşayır, Gürcüstanda gürcülər, siz isə özünüzə müsəlman dediniz, axı müsəlman millət deyil, dindir”. Ondan sonra bir qədər bu məsələlərdə düzəlişlər oldu. Heydər Əliyev də başa saldı ki, Rusiya İmperiyasında bizə tatar deyirdilər, biz isə özümüzü müsəlman adlandırırdıq. Nəhayət anlayıb başa düşün ki, biz etnik mənsubiyyətimizdən, dilimizdən, dinimizdən asılı olmayaraq, hamımız Azərbaycan xalqının övladlarıyıq. O qərar çox uzaqgörənliklə verildi. İndinin özündə də türk-türk deyənlər var. Düşünürlər ki, bizim dilimizin adı "Türk dili" kimi yazılmalıdır. Sözün doğrusu, türk dilinin 70 faizini başa düşmürəm, o qədər dəyişib ki... Azərbaycanda təkcə türklər yaşamır axı, başqa millətlər də yaşayır. Türk dili desəydik, talışlar, ləzgilər, yəhudilər, dağlılar inciyəcəkdilər. Heydər Əliyev bunun qarşısının alınmasına nail oldu. Müzakirələrlə əlaqədar onu deyə bilərəm ki, Heydər Əliyev çox tutarlı fikirlər, arqumentlər gətirirdi. Hamını dinləyirdi. Heç kimə təzyiq etmək niyyəti yox idi. Dinləyirdi, ancaq son nəticədə müzakirəyə uyğun qərar qəbul olunurdu”.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 17:14

Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb

Cəmiyyət
Bu gün, 16:07

Sürücünün telefondan istifadəsi, eləcə də reklam şərtlərinin pozulması foto və videokameralar vasitəsilə də qeydə alınacaq

Cəmiyyət
Bu gün, 15:53

Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı

Cəmiyyət
Bu gün, 15:45

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar

Cəmiyyət
Bu gün, 15:18

Korrupsiya barədə məlumat verənlərə qarşı sanksiya tətbiq edənlərə cərimələr müəyyənləşir

Kriminal
Bu gün, 15:08

Tanınmış modeli döyməkdə təqsirləndirilən iş adamına hökm oxunub

Cəmiyyət
Bu gün, 14:42

Penitensiar xidmətin yeni rəisi Sahib Rzayev kimdir? – DOSYE

Siyasət
Bu gün, 14:27

Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

Cəmiyyət
Bu gün, 13:11

Mirsaleh Seyidov Penitensiar Xidmətinin rəisi vəzifəsindən azad edilib, xidmətə yeni rəis təyin edilib

Kriminal
Bu gün, 12:33

Öldürülən qazi Tovuzdakı anım mərasiminə gedibmiş...

İdman
Bu gün, 12:21

Dünya çempionatı: Azərbaycanın iki qadın güləşçisi məğlub olub, İslam Abbasov medal şansını itirib

Cəmiyyət
Bu gün, 12:16

Sabah Azərbaycanda hava yağışlı olacaq

Kriminal
Bu gün, 12:11

Anasını yandıran oğulun bacısı: "Atam bizi təhsil almağa qoymurdu"

Cəmiyyət
Bu gün, 11:36

Gürcüstandan 98 əcnəbi deportasiya edilib, azərbaycanlılar da var

Cəmiyyət
Bu gün, 11:29

Azərbaycan BƏƏ dövlət nazirinin BMT Baş katibi vəzifəsinə namizədliyini dəstəkləyib

Cəmiyyət
Bu gün, 11:09

Naxçıvanda əsgərin ölümündə təqsirləndirilən həkimə hökm oxunub

Cəmiyyət
Bu gün, 10:50

Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

Cəmiyyət
Bu gün, 10:28

Azərbaycan Prezidenti: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

Cəmiyyət
Bu gün, 10:15

Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

Cəmiyyət
Bu gün, 09:33

Türkiyədə rüşvət ittihamı ilə 68 bələdiyyə işçisi tutulub

Cəmiyyət
Bu gün, 09:23

Xətaidəki silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib - Rəsmi

İdman
Bu gün, 09:10

Keyn 25 ildən sonra "Qızıl top"u İngiltərəyə qaytardı, Londondakı yubiley gecəsi isə İspaniya və "Barselona"nın zəfərinə çevrildi

Cəmiyyət
Bu gün, 00:05

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terror aktından altı il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 27 oktyabr

Oxşar xəbərlər