top
Fantaziyanın sərhədi yoxdur: Cəmil Hüseynovun Fantazm sərgisi Bakıda - FOTO
24 aprel 2026, 16:31
- ↺ +

Fantaziyanın sərhədi yoxdur: Cəmil Hüseynovun "Fantazm" sərgisi Bakıda - FOTO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda QGallery qalereyasında rəssam Cəmil Hüseynovun "Fantazm" adlı ikinci fərdi sərgisi açılıb. 

İnsanoid.com xəbər verir ki, aprelin 23-də açılışı olan sərgi 28 aprel tarixinədək ziyarətçilər üçün açıq olacaq.

"Fantazm" adı rəssamın yaradıcılığındakı sürrealist xətti və cəsarətli bədii ifadəni özündə cəmləyir. Ekspozisiyada təqdim olunan əsərlərdə fantasmagorik obrazlar vasitəsilə reallıq və təxəyyül arasında incə, bəzən isə qəsdən pozulan sərhədlər hiss olunur.

Qeyd edək ki, Cəmil Hüseynov 24 dekabr 1987-ci ildə anadan olub. İnteryer dizaynı üzrə bakalavr təhsilini başa vurduqdan sonra o, sənətin beşiyi sayılan Florensiya şəhərində yerləşən Charles H. Cecil Studios studiyasında təhsilini davam etdirib. Burada klassik incəsənətin dərinliklərinə yiyələnən rəssam, eyni zamanda böyük ustaların yaradıcılıq ruhunu mənimsəyib.

Dörd illik təhsilini tamamladıqdan sonra Bakıya qayıdan rəssam fəaliyyətini davam etdirərək 2016-cı ildə məhz QGallery qalereyasında ilk fərdi sərgisini təqdim edib.

Sonrakı illərdə onun yaradıcılığı XIX–XX əsr simvolizm və realizm cərəyanlarının təsiri ilə transformasiya olunaraq yeni mərhələyə qədəm qoyub. Bu təsirlər nəticəsində rəssamın işlərində müəyyən metamorfozlar baş verib və apardığı eksperimentlər onu özü üçün belə yeni olan fərqli bir bədii istiqamətə gətirib çıxarıb.

2025-ci ildə Cəmil Hüseynov Heydər Əliyev Fondu tərəfindən Heydər Əliyev Mərkəzində təşkil olunan "My seas, my oceans" sərgidə iştirak edib. Elə həmin il o, beynəlxalq miqyasda tanınan Almenara Art Prize müsabiqəsinin qaliblərindən biri seçilib.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 16:04

Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib - YENİLƏNİB

Siyasət
Bu gün, 16:02

Hikmət Hacıyev: "İrana hücum edəcək İsrail qüvvələrinin ölkəmizdə olması ilə bağlı CNN-in xəbəri yalan idi"

Siyasət
Bu gün, 15:36

Hikmət Hacıyev: "Azərbaycan xalqı erməni cəmiyyətindən üzrxahlıq gözləyir"

Cəmiyyət
Bu gün, 14:09

Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

Cəmiyyət
Bu gün, 14:04

Ceyhun Bayramov: "Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır"

Cəmiyyət
Bu gün, 13:50

Azərbaycan QHT-ləri İran Prezidentinə müraciət edib

Cəmiyyət
Bu gün, 13:40

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib

Cəmiyyət
Bu gün, 13:05

Birinci vitse-prezident Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu yubileyi münasibətilə təbrik edib

İdman
Bu gün, 13:01

"Qızıl top"-2026: Keyn Mbappe və Yamala qarşı – dünyanın ən yaxşı futbolçusu kim olacaq?

Cəmiyyət
Bu gün, 12:54

Elm və Təhsil Nazirliyi: İranlı nazirin açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir

Siyasət
Bu gün, 12:16

Azərbaycan Prezidenti İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib

Siyasət
Bu gün, 11:25

Prezident İlham Əliyev Avstriya Prezidentini təbrik edib

Cəmiyyət
Bu gün, 11:07

Azərbaycanlı məmur Everestə qalxıb

Cəmiyyət
Bu gün, 10:53

Hökməli–Qobu–Güzdək avtomobil yolunda təmir-bərpa işləri aparılır

Cəmiyyət
Bu gün, 09:57

Vuçiç parlament seçkilərində tələbə hərəkatına məğlub olduğunu etiraf etdi

Cəmiyyət
Bu gün, 09:52

Böyük Britaniyada fırtına nəticəsində iki nəfər ölüb, 90 min ev elektriksiz qalıb

Cəmiyyət
Bu gün, 09:49

Fransada yüz minlərlə insan küçələrə çıxdı: 1314 nəfər saxlanıldı, yeni ümummilli tətil hazırlanır

Cəmiyyət
Bu gün, 09:36

Binəqədi və Qaradağ rayonlarının bir hissəsində qaz olmayacaq

Kriminal
Bu gün, 09:35

Xətai rayonunda cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər saxlanılaraq həbs edilib

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 26 oktyabr

Siyasət
Dünən, 18:22

Ərdoğanın baş müşaviri Oqtay Saral istefa verir? Türkiyə mediasında yeni iddia

Cəmiyyət
Dünən, 00:05

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 25 oktyabr

Cəmiyyət
24 oktyabr 2026, 14:20

Bakıda kafedə qətl: saxlanılan şəxslərdən biri deputatın oğludur

Oxşar xəbərlər