top
Vətən müharibəsinin xronikası: 25 oktyabr
Bu gün, 00:01
- ↺ +

Vətən müharibəsinin xronikası: 25 oktyabr

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

İnsanoid.com 44 günlük Vətən müharibəsinin gedişini xronoloji ardıcıllıqla təqdim edir.

25 oktyabr - müharibənin 29-cu günü

• Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib.

• Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad edib. Bu barədə Prezident İlham Əliyev özünün rəsmi tviter səhifəsində bildirib.

• Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının "Fox News" televiziya kanalına müsahibə verib.

• Cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Azərbaycan Ordusunun bölmələri əməliyyat planına uyğun olaraq əsas istiqamətlərdə döyüş fəaliyyətlərini davam etdirərək nəzarətə götürülən əraziləri bir qədər də genişləndirib. Qoşunlarımız cəbhənin Xocavənd, Qubadlı və Laçın rayonları ərazisində düşmənə ciddi zərbə vuraraq onun müqavimətini zəiflədib və müxtəlif istiqamətlərdə yeni mövqelərə doğru irəliləyib. Ermənistan silahlı qüvvələrinin Ağdərə və Xocavənd istiqamətlərində yerləşən bölmələrinin şəxsi heyəti çoxsaylı itkilərə məruz qalıb. Azərbaycan Ordusu düşmənin 3 tankını, 2 piyada döyüş maşınını, 6 artilleriya qurğusunu, 1 "Qiasint-B" topunu, 2 "Qrad" qurğusunu, 1 komanda idarəetmə məntəqəsini, 9 avtomobil texnikasını və bir neçə atəş nöqtəsini məhv edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

• Müdafiə Nazirliyi Azərbaycan Ordusunun düşmənə qarşı yüksək dəqiqlikli silah növü tətbiq etməsi barədə video paylaşıb.

• Müdafiə Nazirliyi Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin videogörüntülərini yayıb.

• Düşmənin atəş nöqtələri məhv edilib.

• Ermənistan ordusu Goranboyun Meşəli kəndinə qadağan olunmuş raket atıb.

• Qubadlı istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri hücuma cəhd göstəriblər. Bölmələrimizin gördükləri qəti tədbirlər nəticəsində düşmən 50 nəfərədək canlı qüvvə itirərək geri çəkilməyə məcbur edilib. Nəticədə düşmənin silah-sursatla dolu dörd avtomobili və bir zirehli texnikası ələ keçirilib.

• Cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə düşmənin 6 D-30 və 1 D-1 haubitsa topu, 2 PDM-2 zirehli texnikası, 1 avtomobil texnikası və xeyli sayda döyüş sursatı məhv edilib.

• ANAMA: Cəbhəboyu ərazilərdə raket, top mərmiləri və dronlar zərərsizləşdirilib.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:05

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür

Cəmiyyət
Dünən, 14:20

Bakıda kafedə qətl: saxlanılan şəxslərdən biri deputatın oğludur

Cəmiyyət
Dünən, 13:44

U-15 dünya çempionatının ilk oyun günündə rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub

Cəmiyyət
Dünən, 13:31

Hitlerin keçmiş iqamətgahında yanğın baş verib - VİDEO

Cəmiyyət
Dünən, 12:35

Sabah Bakıda yağış yağacaq

Cəmiyyət
Dünən, 12:05

Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyaya başsağlığı verib

Cəmiyyət
Dünən, 11:49

Filippində təlim uçuşu zamanı 4 pilot ölüb

Cəmiyyət
Dünən, 11:19

BDYPİ sürücülərə xəbərdarlıq edib

Cəmiyyət
Dünən, 10:44

Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir

Cəmiyyət
Dünən, 09:19

Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 24 oktyabr

Cəmiyyət
23 oktyabr 2026, 16:33

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Cəmiyyət
23 oktyabr 2026, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
23 oktyabr 2026, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
23 oktyabr 2026, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
23 oktyabr 2026, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
23 oktyabr 2026, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
23 oktyabr 2026, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
23 oktyabr 2026, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
23 oktyabr 2026, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
23 oktyabr 2026, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
23 oktyabr 2026, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
23 oktyabr 2026, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Oxşar xəbərlər