Batanqasda təlim uçuşu zamanı iki "SF-260" təyyarəsinin qəzaya uğraması nəticəsində Filippin Hərbi Hava Qüvvələrinin 4 pilotu həlak olub.
Bu barədə "Philippine Daily Inquirer" ölkənin Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayıb.
Filippin Hərbi Hava Qüvvələri qəza ilə bağlı araşdırmanın aparıldığı müddətdə ölkədəki bütün "SF-260" təyyarələrinin uçuşunu müvəqqəti dayandırıb.
Filippin HHQ-nin məlumatına görə, hər iki təyyarə cümə günü Lipa şəhərində yerləşən Fernando aviabazası ərazisində qəzaya uğrayıb.