Dövlət İmtahan Mərkəzində ictimaiyyət üçün növbəti açıq görüş keçiriləcək.
İnsanoid.com Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, sentyabr ayından etibarən şagirdlər, abituriyentlər, müəllimlər, həmçinin qəbul kampaniyasının gedişi ilə maraqlanan şəxslər üçün yeni layihə həyata keçirilir. Hər ay DİM-də Mərkəzin rəhbərliyinin iştirakı ilə aktual mövzular üzrə ictimaiyyət üçün açıq müzakirələr təşkil edilir. Bu görüşlərdə iştirakçıların sualları cavablandırılır, onların təklif və rəyləri dinlənilir.
Bu dəfəki görüş "Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri"nə həsr olunacaq.
"Yerlər məhdud olduğu üçün görüşdə yalnız dəqiq iştirak edə biləcəyiniz halda qeydiyyatdan keçin", - deyə məlumatda qeyd olunub.