Ağcabədidə "Asan xidmət" əməkdaşını qaçıran şəxs aprelin 5-də həbs olunub. Bu barədə APA xəbər yayıb.
Martın 7-də Tutu İbrahimova öz şəxsi avtomobili ilə işlədiyi Ağcabədi “ASAN Xidmət” Mərkəzindən işdən çıxıb evə gedərkən qaçırılıb. Əməli törətməkdə şübhəli bilinən zərərçəkmişin qohumu Qeys Cabbarov saxlanılıb.
Onun barəsində cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.