Astarada minik və yük avtomobilləri toqquşub, 1 nəfər ölüb, 1 nəfər yaralanıb. Bu haqda martın 31-də Report məlumat yayıb.
“Hundau Sonata” markalı avtomobil “QAZ 66” markalı avtomobillə toqquşub.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.