Azərbaycan Tibb Universitetinin (ATU) tələbəsi Türkiyədəki zəlzələdə həlak olub. Bu barədə 15 fevral tarixində Universitet məlumat verib.
Məlumata əsasən, fevralın 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələdə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinin V kurs tələbəsi Nazif Abdulmelik oğlu Toprak həlak olub.
“Bundan əlavə, zəlzələdə faciəli şəkildə həyatını itirən azərbaycanlı tələbələrdən biri - Gündüz Nəzərzadə də ATU-nun məzunu olub. 2021-ci ildə universitetimizin Əczaçılıq fakültəsindən məzun olan G.Nəzərzadə Malatyada İnönü Universitetində magistratura təhsili alırdı”, - məlumatda qeyd olunub.