İctimai nəqliyyatda cibgirliklə məşğul olan şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar. Bu barədə 26 noyabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Belə ki, paytaxtın Binəqədi rayonu ərazisində marşrut avtobuslarında iki nəfərin içərisində pul, bank kartları və sənəd olan cüzdanlarının qeyri-aşkar şəraitdə oğurlanması, sonradan onlardan birinin bank kartı ilə 290 manat dəyərində alış-veriş olunması barədə polisə məlumatlar daxil olub.
Oğurluq əməllərini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Rüfət Əliyev və Rəşid Ağayev müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.