Sabirabadda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə noyabrın 24-də Report xəbər verir.
Avtomobil yolu keçən 1999-cu il təvəllüdlü Allahverdiyev Cavid Cabir oğlunu vurub. Yaralı xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona sol bud sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.