Tovuz rayonunun Alakol kəndində yerləşən həkim məntəqəsinin binası bərbad vəziyyətdədir. Bu barədə İnsanoid Xəzər Xəbərə istinadən bu gün, 12 aprel tarixində xəbər verir.
1988-ci ildə inşa edilən binanın ikinci mərtəbəsi Birinci Qarabağ müharibəsi zamanı əvvəlcə hospital, daha sonra isə məktəb binası kimi fəaliyyət göstərib.
Hazırda yararsız vəziyyətdə olan məntəqədə elektrik naqillərinin birləşdiyi yuva açıq vəziyyətdə, pasiyentlərin dincəlməsi üçün nəzərdə tutulan çarpayı isə baxımsız haldadır. Dərman preparatlarının saxlandığı şərit də heç ürəkaçan deyil.
Həkim məntəqəsinin müdiri Telman Cəfərov da baxımsızlıq ucbatından insanlara normal xidmət göstərə bilmədiklərini etiraf edib.
Sakinlərin sözlərinə görə, məntəqədə həkim tapmaq mümkün deyil, çünki binanın bəzi pəncərələrində şüşə belə yoxdur.
[caption id="attachment_112168" align="alignnone" width="696"]
Foto Xəzər Xəbər-in rəsmi Youtube kanalı[/caption]