Şirvanda üzərində narkotik saxlayan şəxs tutulub. Bu barədə aprelin 2-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Eldəniz Rzayevin üzərinə keçirilən baxış zamanı heroin aşkarlanaraq götürülüb.
Araşdırmalar zamanı onun barəsində “dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə” maddəsilə cinayət işi açıldığı və hazırda axtarışda olduğu da müəyyən edilib.