İrandan Gürcüstana yük aparan avtomobildə narkotik aşkarlanıb. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Belə ki, “Astara” gömrük postunda Azərbaycandan keçməklə İrandan Gürcüstana “qurudulmuş süd” yükü aparan həmin ölkə vətəndaşının idarə etdiyi avtomobil saxlanılıb.
Yoxlama zamanı sürücünün üzərindən gömrük nəzarətinə bəyan edilməyən 3 ədəd metadon həbi aşkarlanıb. Metadon “Azərbaycan ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin”in siyahısına daxildir.
Faktla bağlı araşdırma aparılır.