Azərbaycan Ordusu Türkiyədə baş tutacaq “Efes-2022” təlimində iştirak edəcək. Bu barədə aprelin 6-da Müdafiə Nazirliyi məlumat yayıb.
“Efes-2022” çoxmillətli təliminin may-iyun aylarında dörd mərhələdə keçirilməsi planlaşdırılır.
Hazırlıq mərhələsi çərçivəsində hərbi qulluqçular dəniz yolu ilə düşmən arxasına sızma, sahil xəttinin minalardan təmizlənməsi, şərti düşmənin obyektinə basqın və terrorçuların zərərsizləşdirilməsi üzrə fəaliyyətləri icra ediblər.
[URIS id=40887]