“ABAD” məhsulları “Amazon” və “eBay” elektron ticarət platformalarında beynəlxalq alıcılara təqdim olunub. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən apreln 4-də məlumat verilib.
Belə ki, Azərbaycanın dekorativ-tətbiqi xalq sənətkarlığı nümunələri satışa çıxarılıb.
Layihənin məqsədi fərdi şəxslər tərəfindən hazırlanan məhsulların ixrac potensialının artırılması və ölkəmizin xalq sənətkarlığı nümunələrinin beynəlxalq rəqəmsal mühitdə təbliğidir.
Məlumatda qeyd olunub ki, gələcəkdə məhsul sayı və çeşidi mərhələli şəkildə artırılacaq.
“ABAD” mərkəzi ölkədə kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək üçün fəaliyyət göstərir. Sözügedən mərkəz sahibkarlara biznes-planlaşdırma, marketinq, hüquqi yardım, satışın təşkili kimi xidmətlər göstərir.