Azərbaycanda futbol oyunlarını izləyən azarkeşlərin sayına qoyulan limit aradan qaldırılıb. Bu barədə martın 29-da Peşəkar Futbol Liqası məlumat yayıb.
Bu qərar ölkədə epidemioloji vəziyyətin yaxşılaşmasından irəli gələn karantin rejiminin yumşaldılması ilə bağlı qəbul edilib.
30 mart - 3 aprel tarixlərində baş tutacaq oyunlardan etibarən stadionlarda azarkeş tutumunun 100% olmasına icazə verilib.
Eyni zamanda, jurnalistlər üçün miks zonaların təşkili (qapalı məkanda olacaqsa, tibbi maskalardan istifadə olunmaq şərti ilə) bərpa olunacaq.