Aprelin 15-də Azərbaycanda ilk dəfə “Aqroservis” ASC-nin tabeliyində olan Qobustan Heyvandarlıq Nümayiş Kompleksində Qarabağ cins atlarının auksion vasitəsilə satışı həyata keçiriləcək. Bu barədə 5 aprel tarixində Kənd Təsərrüfatı Nazirliyinin rəsmi səhifəsində məlumat verilib.
Auksionda həm yerli, həm də xarici sahibkarlar iştirak edə bilərlər. Hərraca yüksək potensiala malik xüsusi seçilmiş atlar çıxarılacaq və satış auksion formatına uyğun olaraq həyata keçiriləcək. Satılmış atlar sığorta şirkəti tərəfindən sığortalanacaq.
Hərracda iştirak etmək istəyənlər elan verildiyi gündən 1 659 satış mərkəzinə müraciət edib qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, Qobustan Heyvandarlıq Nümayiş Kompleksində bütün alqı-satqı, sığorta, lizinq, güzəşt tətbiqi prosesləri vahid mərkəzdə həyata keçirilməklə xidmətlərin operativliyi və şəffaflığı təmin edilir.
[URIS id=40669]