Gənc azərbaycanlı Asim Manizadə SpaceX şirkətində işə qəbul edilib. Bu haqda aprelin 6-da Report məlumat yayıb.
O, bu ilin martından etibarən SpaceX-də kibertəhlükəsizlik mühəndisi vəzifəsində çalışaraq insanların Marsa ilk uçuşunun təhlükəsizliyini təmin edir.
Azərbaycanlı gənc bundan əvvəl Facebook şirkətində 7 ildən çox kibertəhlükəsizlik, elektron cinayətlərin istintaqı sahələrində çalışıb, bir ixtirasına görə ABŞ-da patent alıb.
Qeyd edək ki, milyarder Elon Mask SpaceX şirkətini insanları Marsa göndərmək üçün 2002-ci ildə təsis edib.