Azərbaycan və Gürcüstan arasında dövlət sərhədini keçmək üçün 6 buraxılış məntəqəsi müəyyən edilib. Bu məsələ parlamentin aprelin 5-də keçirilən iclasında müzakirə edilib.
Həmin buraxılış məntəqələri aşağıdakılardır:
- Daimi, beynəlxalq, sərnişin və yük əlaqələri üçün
- “Böyük-Kəsik” – “Qardabani” (dəmiryolu)
- “Qırmızı körpü” – “Krasniy Most” (avtomobil)
- “Mazımqara” – “Tsodna” (avtomobil)
- Daimi avtomobil, sərnişin və yük əlaqələri üçün birgə beynəlxalq avtomobil buraxılış məntəqələri
- “İpəkyolu” – “Abreşumis Qza”
- Daimi, dövlətlərarası sərnişin və yük əlaqələri üçün
- “Sadaxlı” – “Vaxtangisi” (piyadalar üçün avtomobil)
- Mövsümi dövlətlərarası, sərnişin və yük əlaqələri üçün yalnız sərhədyanı rayonlarda yaşayanlar üçün
- “Muğanlı” – “Samtatskaro” (piyadalar üçün avtomobil)