“Azəriqaz” İB-nin əməkdaşını döyən şəxs həbs edilib. Bu barədə aprelin 7-də Daxili İşlər Nazirliyinin rəsmisi Elşad Hacıyev məlumat yayıb.
Xatırladaq ki, aprelin 5-də “Azəriqaz”ın çilingər vəzifəsində işləyən paytaxt sakini Ağamirzə Vəliyev abonent Ədalət Hüseynov tərəfindən döyülüb.
Ünvana gələn qurum əməkdaşı qaz sayğacını dəyişən zaman ev sahibi A.Vəliyevi təhqir edərək başı ilə alın nahiyəsindən zərbələr endirib.
Zərərçəkənə xəsarət yetirən Bakı sakini, əvvəllər cinayət məsuliyyətinə cəlb edilən Ə.Hüseynov saxlanılıb. Onun barəsində “xuliqanlıq” maddəsilə cinayət işi başlanılıb.