2026-cı ilədək azad edilən ərazilərə 34 500 ailənin köçürülməsi nəzərdə tutulur.
Bu, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda əksini tapıb.
2025-ci ilədək 10 270, 2026-cı ilədək isə 34 500 ailənin köçürülməsi nəzərdə tutulur.
Həmin dövr ərzində isə Ağdam, Füzuli, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və Xocalı rayonlarında 34 500 mənzilin və fərdi yaşayış evinin inşası təmin edilməlidir.