İşğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 7 mina aşkarlanıb. Bu barədə 6 fevral tarixində Azərbaycan Minatəmizləmə Agentliyi məlumat verib.
Yanvarın 30-dan fevralın 4-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı tank əleyhinə 7 mina və 168 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 362 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.