Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərdə ötən ay 926 mina aşkarlanıb. Bu barədə 3 aprel tarixində agentlik məlumat yayıb.
Martın 1-dən 31-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 270, tank əleyhinə 656 mina və 1465 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 5 983 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.