İşğaldan azad edilmiş ərazilərdə sağlamlıq mərkəzləri və tibb məntəqələri tikiləcək.
Bu, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planında əksini tapıb.
2023-2025-ci illərdə 49 ailə sağlamlıq mərkəzinin və 39 tibb məntəqəsinin tikintisinin layihələndirilməsi, 41 ailə sağlamlıq mərkəzinin və 33 tibb məntəqəsinin tikintisinin başa çatdırılması təmin edilməlidir.
Yekunda 49 ailə sağlamlıq mərkəzinin və 39 tibb məntəqəsinin tikintisinin başa çatdırılması və tibbi xidmətin təşkili nəzərdə tutulur.