Azərbaycan Minatəmizləmə Agentliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə daha 609 mina aşkarlanıb. Bu barədə 27 mart tarixində Agentlik məlumat verib.
Məlumata görə, martın 13-dən 25-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 209, tank əleyhinə 400 mina və 469 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 1 126 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.