Aprelin 2-si saat 09:00-dan 3 aprel saat 20:00-dək Bakının Azadlıq prospektində hərəkət məhdudlaşdırılacaq. Bu haqda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat verib.
Buna səbəb prospektdə aparılacaq təmir işləridir.
Belə ki, Azadlıq prospektinin Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsindən Ziya Bünyadov prospektinədək olan hissəsində hərəkət qismən, Səbail rayonu, Şamil Əzizbəyov küçəsindən Şəmsi Bədəlbəyli küçəsinədək olan hissəsində isə tamamilə dayandırılacaq.